Alatoran (film, 2008)

Alatoran
ing. Twilight
Janr Melodram
Fentezi
Rejissor Ketrin Hardvik
Prodüserlər
Əsərin müəllifi Stefani Mayer
Ssenari müəllifi Melissa Rozenberq
Baş rollarda Edvard Kallen
Robert Pattinson
Bella Svon
Kristen Stüart
Ceykob Blek
Teylor Lotner
Bəstəkar Karter Barvel
İstehsalçı Summit Entertainment
Distribütor Summit Entertainment, Netflix, Disney+
İlk baxış tarixi 17 noyabr 2008
Filmin növü Bədii film
Müddət 122 dəqiqə[1]
Büdcə $37 000 000 [2]
Gəlir $393,616,788[3]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 2008
Sonrakı film Yeni Ay
Rəng rəngli
Çəkiliş yeri OreqonVaşinqton ştatları
IMDb ID1099212
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen StüartRobert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir.

Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş[5]2 may 2008-ci ildə tamamlanmışdır.[6] Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.[7]

Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir.[3] Filmin DVD satışı 21 mart 2009-cu ildə başlamış və ilin ən çox satılan DVD-si olmuşdur.[8] Film musiqiləri albomu 4 noyabr 2008-ci ildə satışa çıxarılmışdır.[9] Alatoran filminin uğurundan sonra növbəti illərdə romanlar seriyasına daxil olan “Yeni Ay”, “Tutulma” və “Sübh” romanları da ekranlaşdırılmışdır.

  1. bbfc. "TWILIGHT rated 12A by the BBFC". bbfc. 2008-11-21. 2008-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
  2. Sitat səhvi: Yanlış <ref> teqi; sperling adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 "Twilight (2008)". Box Office Mojo. 2016-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
  4. Freebase Data Dumps. Google.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; reshoots adlı istinad üçün mətn göstərilməyib
  6. Michelle Graham. "Twilight Finishes Photography". Film School Rejects. 2008-05-03. 2008-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; reed adlı istinad üçün mətn göstərilməyib
  8. "Top Selling DVDs of 2009". The Numbers. 2011-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
  9. James Montgomery. "'Twilight' Exclusive: Paramore To Contribute Two New Songs To Film's Soundtrack". MTV. 2008-09-18. 2009-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne